Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

Gürcüstanda

Gürcüstanda "rəngli inqilab" planlaşdırılır

Tbilisidə “Xarici agentlər” haqqında qanun layihəsinə qarşı nümayişlərin təşkilatçıları Ukrayna tərəfdən ruslara qarşı döyüşən gürcü könüllüləri də cəlb etməklə təxribatlar hazırlayırlar. 

Xeberlent.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

"Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqlərdə məqsəd dağıdıcı və zorakılıq ssenariləri hazırlamaq olan mitinqlərdə müəyyən qruplar təxribatlar təşkil etməyə çalışır. Onlar xaricdən, xüsusən də siyasi parlament və parlamentdənkənar partiyalar və qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilir. Xaricdə olan Gürcüstan vətəndaşları bu kriminal proqramlara cəlb olunublar, xüsusən də Ukraynada döyüşən gürcülərin müəyyən hissəsi", - məlumatda deyilir.

DTX qeyd edib ki, etirazların təşkilatçıları xaricdən kriptovalyuta şəklində pul alırlar: "Kənardan gələn maliyyə cinayət layihələrini həyata keçirmək üçün, kriptovalyuta isə izlərini gizlətmək üçün istifadə olunur. Aprelin sonunda əcnəbi təlimatçılar kriptovalyuta əməliyyatları üzrə treninq keçiriblər və bu təlim zamanı aksiyanın təşkilatçılarına radikal aksiyalar üçün məxfi maliyyə vəsaiti almaq tapşırılıb.

Bu etirazların təşkilatçılarının məqsədi hakimiyyəti zorla ələ keçirməkdir. Aksiya təşkilatçılarının xüsusi aqressiyasının hədəfi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Onları ruhdan salmaq, qızışdırmaq üçün “rəngli inqilablar”ın təşkili ilə bağlı hədə-qorxu, rüşvətxorluq, mitinqlərin iştirakçılarının tərəfinə keçmək kimi üsullardan istifadə olunur ki, bu da son nəticədə dövlət strukturlarını çökdürmək və hakimiyyəti ələ keçirmək məqsədi daşıyır".